İstanbul derbisinin təyinatları açıqlandı
26.03.2025 , 19:06

Türkiyə Super Liqasının 19-cu turunda baş tutacaq “Beşiktaş” – “Qalatasaray” matçının təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, derbinin baç hakimi Yasin Kol olacaq.
Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Samet Çiçek kömək edəcək. Dördüncü hakim funksiyasını Çağdaş Altay yerinə yetirəcək.
Görüş martın 29-da İstanbuldakı “Beşiktaş Park” stadionunda təşkil olunacaq.
