TFF "Qalatasaray" – "Fənərbağça" derbisində (1:0) baş verənlərə görə hər iki kluba verilən cəzaları açıqlayıb.
Korner.az-ın məlumatına görə, derbidə azarkeşlərin səsləndirdiyi təhqiredici şüraların bu mövsümdə dördüncü dəfə təkrarlandığı üçün "Qalatasaray" öz meydanında 1 oyunu azarkeşsiz keçirəcək və 100 min Türkiyə lirəsi (təxminən 37 min AZN) cərimə ödəyəcək.
"Fənərbağça" klubu isə cəmi 15 min Türkiyə lirəsi ilə (təxminən 5600 AZN) cəzalanıb.
