İstanbul derbisini buraxacaq
06.12.2024 , 23:00
“Fənərbağça” “Beşiktaş”la görüşə itki ilə çıxacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin oyunçusu Mert Hakan Yandaş derbini buraxacaq.
Son məşqdə iştirak etməyən futbolçu səfər matçında komandasına kömək edə bilməyəcək.
Sabah keçiriləcək “Beşiktaş” – “Fənərbağça” görüşünə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.