Həftəsonu Kadıköydə “Fənərbağça” – “Qalatasaray” derbisi baş tutacaq.
Korner.az-ın məlumatına görə, oyunu FİFA referisi Bülənt Yıldırım idarə edəcək.
Qeyd edək ki, Bülənt Yıldırım bu il bir çox beynəlxalq oyunda da “fit sahibi” olub.
Yıldırım ötən mövsüm Super Liqada ən çox penalti təyin edən hakim olub. O, idarə etdiyi 20 oyunda 7 dəfə 11 metrlik nöqtəni göstərib.
