İstanbul derbisində qalib müəyyənləşmədi
03.11.2018 , 00:01

Bu gün Türkiyə superliqasında 11-ci tura start verilib
Turun ilk oyunu uzun müddətdir həyəcanla gözlənilən “Qalatasaray” və “Fənərbağça” qarşılaşması olub. İstanbul derbisində qalib müəyyənləşməyib.
Qeyd edək ki, Fatih Terimin çalışdırdığı “Qalatasaray” 10 oyundan sonra19 xalla 3-cü pillədə qərarlaşıb. Ağır günlərini yaşayan “Fənərbağça” isə 9 xalla 15-ci sıradadır.
2 noyabr
Türkiyə superliqası, 11-ci tur
22:00 “Qalatasaray” – “Fənərbağça” 2-2
Qollar: Donk, 31; Linnes, 49; Valbuena, 66 (penalti); Jalson, 72
