İstanbul derbisi: “Qalatasaray” “Fənərbağça”ya qarşı
02.11.2018 , 10:39

Bu gün Türkiyə Super Liqasında XI tura start veriləcək. 4 gün davam edəcək tur iki derbi ilə diqqət çəkir.
Açılış matçında İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbaxça” üz-üzə gələcək. Sonuncular ağır günlərini yaşasa da, derbinin prinsipiallığı azalmayıb. “Sarı-qırmızılar” liderliyi qaytarmaq, qonaqlar isə xal ehtiyatını artırmaq əzmindədi.
Turun ikinci günü çempionatın lideri “Başakşəhər” “Beşiktaş”la görüşəcək. Sonuncular İstanbul derbisindəki qələbə ilə liderə çatmaq imkanına malikdi.
Bu matçın nəticəsi “Kasimpaşa”nın da maraq dairəsində olacaq. Lider xal itirsə, startın sürpriz komandası “Antalyaspor”u yenməklə zirvəni də ələ keçirə bilər.
Türkiyə Super Liqası
XI tur
2 noyabr
22:00. “Qalatasaray” – “Fənərbağça”
3 noyabr
14:30. “Kasımpaşa” – “Antalyaspor”
17:00. “Akhisar” – “Ərzurumspor”
20:00. “Başaksəhər” – “Beşiktaş”
4 noyabr
14:30. “Ankaragücü” – “Kayserispor”
17:00. “Alanyaspor” – “Yeni Malatyaspor”
20:00. “Trabzonspor” – “Bursaspor”
5 noyabr
21:00. “Göztəpə” – “Rizəspor”
21:00. “Sivasspor” – “Konyaspor”
