İstanbul derbisi Çakıra tapşırıldı
29.11.2018 , 21:25

Türkyə Superliqasının 14-cü turunda keçiriləcək “Beşiktaş” – “Qalatasaray” oyununa hakim təyinatları açıqlanıb.
İstanbul derbisini FİFA referisi Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Koray Gençerler yerinə yetrəcək.
Qeyd edək ki, “Beşiktaş” – “Qalatasaray” görüşü dekabrın 2-i keçiriləcək.
