Ölkə futbolu

“İstəyirdik ki, meydançanı hiss etsinlər” – Zaur Həşimov

16.11.2019 , 20:22

“Zirə”nin baş məşqçisi Zaur Həşimov “Sumqayıt”la yoxlama oyunundan (0:0) fikirlərini bölüşüb.

Korner.az xəbər verir ki, mütəxəssis az oynayan futbolçulara şans verdiyini deyib:
“Qarşılaşmanı keçirməkdə əsas məqsədimiz az meydana çıxan və zədədən qayıdan futbolçuların oyun praktikası qazanması idi. İstəyirdik ki, bir az oyunu, meydançanı hiss etsinlər. Hazır vəziyyətdə olan 10 futbolçumuz var idi, elə onlarla da meydana çıxdıq. Heç bir limitə fikir verməmişdik. Start heyətində 8 legioner çıxmışdı. Futbolçularda istədiyimizi görə bildik”.

Son yazılar

Yuxarı