Futbol

“İstəyimiz qələbə qazanmaq idi, amma alınmadı” – Qurban Qurbanov

27.11.2020 , 01:39

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin IV turunda “Sivasspor”la oyundan (2:3) sonra fikirlərini bildirib.

Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Sivasspor”u təbrik edirəm, vacib qələbə qazandılar. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı. Heyətimizdə itkilər olmasına baxmayaraq komandam yaxşı mübarizə apardı. Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq”.

Son yazılar

Yuxarı