big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“İstəyən Naxçıvana gəlməyin bir yolunu tapardı” – Ramin Musayev

05.05.2017 , 09:36

Naxçıvan kubokunun təqdimat mərasimi keçirilib. Bununla bağlı təşkil edilən mətbuat konfransında Peşəkar Futbol Liqasının prezidenti jurnalistlərin suallarını cavablandırıb.

Korner.az-ın məlumatına görə, o, əvvəlcə Naxçıvan kuboku və Azərbaycan kubokunun finalının Muxtar Respublikada keçirilməsi ilə bağlı danışıb:

“Sevindirici haldır ki, bu gün Naxçıvanda futboldan başqa digər idman növləri də iştirak edir. Digər növlərin federasiyaları da burda fəaliyyət göstərirlər. Naxçıvan artıq bir idman mərkəzinə çevrilib. 

Mənə çox sual verirlər ki, niyə Naxçıvan? Hər il finalı bölgələrdə keçirmək ənənəmiz var. İndi mən sual verirəm, niyə də Naxçıvanda keçirməyək? Nəyi pisdir? Hər iki komandanın legionerləri bu gözəl guşəni görmək imkanı qazanırlar. Dünən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk ağızdolusu Naxçıvandan danışdı. Hər dəfə ayrı bölgədə keçirmək pisdirmi? Bu gün də maraqlı oyun alınacağına inanırıq. Güclü olan qalib gələcək. Oyunu yüksək səviyyədə təşkil etmək isə bizim borcumuzdur. 

Naxçıvan kubokuna gəlincə, xaricdən də komandalar olacaq. Amma onların iştirakı dəqiq deyil. Digər klublar I Diviziondan olacaq. Bizə bir neçə müraciətlər oldu. Turnir təxminən 10 gün davam edəcək. İnanırıq ki, maraqlı oyunlıar baş tutacaq”.

– Futbolun kütləviliyinin artırılması ilə bağlı tədbirlər görülür. Naxçıvanda da daxili yarış keçirilir. Olmazmı ki, burdakı çempionatın qalibi ilə TPL-in avrokuboklara vəsiqə qazanan komandası arasında pley-of görüşü keçirilsin və qalib Avropada çıxış etsin?
– Avropada oynayan komandanın səviyyəsi yüksək olmalıdır. Çünki o, Azərbaycanı təmsil edəcək. Sevinirəm ki, artıq komandalar çempionluğu öz oyunları hesabına qazanırlar. Əvvəllər belə deyildi. Artıq Avropada da nəticələr qazanmağa başlamışıq. Bizə xoş olar ki, Naxçıvan təmsilçisi də qitəmiqyaslı turnirlərdə olsun. Amma o səviyyə hələ yoxdur. Açıq danışaq, hazırda elə bir imkan görmürük. Təklif gözəldir. Gələcəkdə nəzərə alınacağına ümid edirik. Naxçıvan klubları yüksək səviyyədə olsa, pley-of keçirib Avropaya yollana bilərlər. Ancaq hazırda bu, real deyil. Ölkə çempionatında Naxçıvandan olan çoxlu futbolçular çıxış edir. Bu, o deməkdir ki, burda futbolçu yetişir. Ancaq indi o səviyyədə komanda yoxdur. Gedib uduzub, qayıtmaq mənasızdır.

– Turnirə xaricdən klublar gələcək. Bəs hakimlərin dəvət edilməsi mümkündürmü?
– Əcnəbi hakimlərin gəlməsinin əleyhinəyəm. Bu, yerli referilərə hörmətsizlikdir. Bizim hakimlərdən düzgün idarəçilik hansı ölkədədir? Yenə də öz hakimlərimizə şükür! Avropada çoxlu səhvlər baş verir, amma heç kim heç nə demir. Bizim hakimlərimizlə bağlı heç bir problemimiz yoxdur. Hər hansı rüşvətdən, qərəzdən söhbət gedə bilməz. Bu, mümkün deyil. Sadəcə onların üzərində təzyiq olanda özlərini itirirlər. Gəlin, üzərlərinə çox getməyək. Qoy, sərbəst olsunlar. Belə olsa, səhvlər də minimuma enəcək. Ümiumiyyətlə isə, səhvsiz hakimin olması qeyri-mümkündür. 

– Dediniz ki, Naxçıvana gəlməyin nəyi pisdir ki. Ancaq azarkeş məsələsi də var. Onlar istəmirlər  ki, kubok Naxçıvanda keçirilsin…
– Bəs burdakı azarkeşlər? Özünüz görəcəksiz stadionda nə qədər fanat olacaq. Dünən insanlar yaxınlaşıb bizdən bilet istəyirdilər. Maraq çox böyülkdür. “Qarabağ” və “Qəbələ” azarkeşlərinə gəlincə, istəyən bir yolunu tapardı. Son turlarda bu komandaların ev oyunlarına nə qədər azarkeş gəlmişdi? Həmin matçlar ki, Naxçıvanda keçirilmirdi, təyyarə lazım deyildi. “Neftçi”də olanda Bakıdan İslandiyaya azarkeş aparmışdıq. Klub rəhbərləri yenə gətirə bilərdi. Ordakı azarkeşləri nəzərə alıb “CBC Sport”un canlı yayımı üçün əlimizdən gələni etdik. Gələ bilməyənlər futbolsuz qalmayacaqlar.

Son yazılar

To Top