İtaliyanın “İnter” klubunun futbolçusu Esteban Kambiasso "Neftçi" il oyunda qeydə alınan 2:2-lik heç-heçəni şərh edib.
Korner.az-ın məlumatına görə, argentinalı futbolçu nəticənin onlar üçün vacib olmadığını bildirib:
“Neftçi” ilə oyundan çox məmnun qaldım. Gənc futbolçularımızın oyunu məni sevindirdi. İstəsəydik Neftçi”ni 3-1, lap elə 4:1 hesabı ilə də udardıq. Təbii ki, əgər bu nəticənin bizim üçün əhəmiyyəti olsaydı. 1/16 finalda kiminlə düşməyimizin o qədər də önəmi yoxdur. Heç bir rəqibdən qorxmuruq. İngiltərə “Çelsi”si ilə düşməkdən də çəkinmirik. Təbii ki, nisbətən asan rəqib olsa daha yaxşıdır”.
