Topaz Premyer Liqasında XV turun “Qarabağ” – “Qəbələ” (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırdı…
– Çox yaxşı komandaya qarşı oynadıq. Heç-heçə bizim üçün yaxşı nəticədi. Rəqibin oyunçularının fərdi ustalıq qabiliyyəti çox yaxşı idi. Ancaq onları zərərsizləşdirə bildik. Nəticəni qənaətbəxş sayıram.
– Nəticəni qənaətbəxş saydığınızı dediz. Bura heç-heçə üçün gəlmişdiz?
– Əlbəttə, istəyərdik ki, bu matçda təkqapı oynayaq. Bu gün nəticədən razı qaldım. Mən artıq buna cavab verdim. “Qarabağ” da çempion olmaq istəyir. Buna görə, rəqib meydanında heç-heçə yaxşı nəticədi. Komaandamdan razı qaldım.
– Dabonun zədəsi nə yerdədi?
– Hələ ki, heç nə bəlli deyil. Sabah ya birigün onun vəziyyətinə aydınlıq gələcək.
– Qış fasiləsində Ekiqo Ehiosun komandanı tərk etsə də, hücum xəttinə transfer edilmədi. Bu, mövsümün gedişində komandaya problem yaratmayacaq ki?
– Əlbəttə, bizə hücumameyilli futbolçu lazımdı. Xüsusilə, “Qarabağ” kimi komandaya qarşı bizim belə oyunçuya ehtiyacımız var. Ancaq bu cür futbolçunu tapmaq heç də asan deyil.
