İstənmədən atılan imza- final oyununda ilk avtoqol
15.07.2018 , 20:28

Xorvatiya millisinin futbolçusu Mario Mandzukiç dünya çempionatının finallarında ilk avtoqolun müəllifi olub.
O, hazırda davam edən DÇ-2018-in finalında Fransaya qarşı matçın 18-ci dəqiqəsində öz qapılarına qol vurub. İndiyə kimi dünya çempionatının finallarında heç kim avtoqolla yadda qalmamışdı.
Qeyd edək ki, Fransa hazırda Xorvatiyaya 2:1 hesabı ilə qalib gəlir.
