“İstədiyimiz oyunu oynaya bilmədik”
26.09.2020 , 20:56

Azərbaycan Premyer Liqasında IV turun “Səbail” – “Sabah” oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Visente Qomes jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, mütəxəssis öncə oyunu şərh edib:
– Ümumi olaraq, çox pis oynadıq. Oyunumuzdan narazıyam. İlk qoldan sonra matçı həll edə bilərdik, amma olmadı. “Səbail” qoldan sonra bizdən üstün oynadı və qələbə qazandı.
– Komanda son iki turda qol buraxmasa da, bu gün Bəhlul Mustafazadə ehtiyatda idi. Bu, sizin qərarınız idi, yoxsa zədəsi var?
– Həftə ərzində Bəhlulda bir az narahatlıq var idi və ona görə qərar verdim ki, ehtiyatda qalsın.
– Şakir Seyidovla bağlı nə düşünürsüz?
– Komandaya gəldiyimdən Şakir komandada deyil. Bunu klubdan soruşmaq lazımdır ki, o, nə üçün heyətdən kənarda qalıb.
– İki penalti epizoduyla və hakimliklə bağlı fikirləriniz necədir?
– Hakimlər barəsində danışmaq istəmirəm və bu üzrə mütəxəssis deyiləm. Onlara gələcəkdə uğurlar arzu edirəm.
– Komanda ikinci hissədə inamsız çıxış etdi. Sizə elə gəlmir ki, komandanız qələbəyə çox tez inandı?
– Açığı, istədiyimiz oyunu oynaya bilmədik. Bu matçı təhlil edərək, nəticələr çıxaracağıq.
