Ölkə futbolu

“İstədiyimiz nəticələri əldə edə bilmirik” – “Sabah”ın baş məşqçisi

03.03.2021 , 22:50

“Sabah”ın baş məşqçisi Visente Qomes Premyer Liqanın 18-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Korner.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti belə şərh edib:

“Qısa demək istəyirəm ki, birinci hissədə “Neftçi” daha yaxşı oynadı. Təhlükəli qol epizodları çox olmadı. Bəzi kiçik qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı. İstədiyimiz nəticələri əldə edə bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. Bizə 1-2 qələbə lazımdır ki, hər şey düzəlsin. Ancaq bu məğlubiyyətə görə vəziyyət daha da çətinləşir”.

49 yaşlı mütəxəssis komandada qalacağını, istefa vermək fikrində olmadığını deyib: “İşimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə sirr olaraq qalır. Bəzi oyunçular var ki, onların yoxluğu komandaya mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kolektivlə məşq etməyə başlayacaq və gələcəkdəki matçlarda meydana çıxacaq”.

Son yazılar

Yuxarı