“Biz ilk oyunda uğur qazanmaq istəyirdik. Bunun üçün də əlimizdən gələni etdik. Amma alınmadı".
Korner.az-ın məlumatına görə, bu söz İsrail yığmasının futbolçusu Bivers Natxo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edərkən deyib.
Millimizin qapısına yol tapan "Rubin"in futbolçusu Rusiya yığmasına da mesaj göndərib:
"Buna görə çox da üzülməyə dəyməz. Qarşıdakı oyunları düşünmək lazımdı. Fikrimcə, Rusiya da Bakıdakı oyunda xalları cibində saymamalıdı. Hansı ki, biz də Bakıdan 3 xalla qayıdacağımızı düşünürdük”.