Ötən gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimiz İsrail yığması ilə 1:1-lik heç-heçə edib. Korner.az-ın məlumatına görə, qonaq komandanın baş məşqçisi Eli Qutman oyunun onlar üçün çox çətin keçdiyini etiraf edib:
"3 xal qazanmaq istəyimiz baş tutmadı. Görüş çətin keçdi. 4-4-2 sistemi ilə oynadıq. Birinci hissədə çox top itirdik. Amma ikinci yarıda dəqiq oynamaqla hesabı açdıq. Rəqib isə əvəzetmələrlə hesabı bərabərləşdirdi. Azərbaycan yığmasında inkişaf var".