Rami Qerşon, Eran Zaxavi və Tal Ben Haimin xidmətindən məhrum olan İsrail millisi daha bir itki ilə üzləşib. Korner.az– ın məlumatına görə, sentyabrın 7-də Bakıda keçiriləcək qarşılaşmada yığmamızın qonağı olacaq Eli Qutmanın yetirmələri Beram Kayal olmadan oynayacaqlar. Şotlandiyanın "Seltik" klubunda forma geyən Kayal zədələnib və 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq. O, həm Azərbaycan, həm də Rusiya ilə oyunlarda iştirak edə bilməyəcək.
