İsrafilovun yeni klubu
13.09.2024 , 19:43
Azərbaycan millisinin üzvü Eddi İsrafilov Malayziyanın “Johor” klubunda debüt edib.
Korner.az xəbər verir ki, futbolçunun çıxış etdiyi klub “Penanq” ilə qarşılaşıb.
Eddinin komandası bu görüşdən qələbə ilə ayrılıb – 5:0.
Matça start heyətdə çıxan İsrafilov sona qədər mübarizə aparıb.