İsrafilovun komandasından məğlubiyyət
02.11.2019 , 13:38
İspaniya II liqasında XIV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Numansiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə məğlub olub – 0:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” hazırda 22 xalla 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.