İsrafilovun komandası səfərdə məğlub oldu
15.03.2021 , 20:29
İspaniya 2-ci liqasında 29-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Tenerife”yə uduzub – 0:2.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 31-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Albasete” 29 oyuna topladığı 26 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.