Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 27-ci turun oyunları keçirilib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Tenerife” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.
“Alkorkon” geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
