İsrafilovun komandası 3 xalı 1 qolla qazandı
24.01.2021 , 12:07
İspaniya II Liqasında XXII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Saraqosa”ya qalib gəlib – 1:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Albasete” 21 oyuna topladığı 18 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.