İspaniya La Liqasında 21-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Eddi İsrafilovun çıxış etdiyi “Qranada” doğma meydanda “Elçe”ni qəbul edib.
Ev sahibi komanda 56-cı dəqiqədə Kordobanın qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Zədəsini sağaltmaqla məşğul olan İsrafilov oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Qranada” 21 turdan sonra 18 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
