İspaniya çempionatında XXII turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Eddi İsrafilovun komandası “Qranada” səfərdə “Vilyarreal”ın qonağı olub.
Qarşılaşmada meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə Eddi yenə meydana çıxmayıb. Onun adı matçın protokoluna salınmayıb.
Qeyd edək ki, “Qranada” hazırda 18 xalla 19-cu pillədə qərarlaşır.
