İspaniya Sequndasında 28-ci turun oyunları keçirilib.
Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Alkorkon” səfərdə “Qranada” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.
“Alkorkon” geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
