İsrafilovsuz “Albasete” səfərdə məğlub oldu
19.01.2020 , 15:45

İspaniya 2-ci liqasında 24-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” “Luqo” ilə qarşılaşıb və məğlub olub – 0:1.
İsrafilov bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
