İsrafilovsuz “Albasete” məğlub oldu
05.01.2020 , 12:34

İspaniya 2-ci liqasında 22-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Tenerife” ilə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olub.
İsrafilov cəzalı olduğu üçün bu matçın iştirakçısı olmayıb.
“Albasete” hazırda 27 xalla 3-cü pillədə qərarlaşıb.
