İsrafilovlu “Albasete”dən məğlubiyyət
10.11.2019 , 11:56
İspaniya II Liqasında XV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” “Luqo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” hazırda 22 xalla 8-ci pillədə qərarlaşıb.