İsrafilovlu “Albasete”dən darmadağın
18.07.2020 , 17:11
İspaniya 2-ci liqasında 41-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Saraqosa”nı darmadağın edib – 4:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
“Albasete” hazırda 49 xalla 18-ci pillədə qərarlaşıb.