İsrafilovlu “Albasete”dən xal itkisi
07.12.2019 , 16:10

İspaniya 2-ci liqasında 19-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Ekstremadura” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
