İsrafilovlu “Albasete”dən səfər qələbəsi
22.12.2020 , 15:48

İspaniya II Liqasında XIX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Mirandes” ə qalib gəlib – 2:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
“Albasete” 14 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
