İsrafilovlu “Albasete”dən məğlubiyyət
30.11.2020 , 16:12

İspaniya II Liqasında XV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete öz meydanında “Tenerife”yə uduzub – 0:2.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Albasete” 10 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
