İsrafilovlu “Albasete”dən heç-heçə
27.02.2021 , 12:01

İspaniya II Liqasında XXVI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Sabadel”lə qolsuz heç-heçəyə razılaşıb – 0:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” 27 oyuna topladığı 25 xalla 22 komanda arasında 21-cidi.
