İsrafilovlu “Albasete”dən heç-heçə
08.11.2020 , 12:24

İspaniya II Liqasında XI turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Leqanes”lə qolsuz heç-heçəyə razılaşıb – 0:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Albasete” 10 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.
