İsrafilovlu “Albasete”dən heç-heçə
29.10.2020 , 16:30

İspaniya II Liqasında IX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Las Palmas”la heç-heçə edib 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Eddi 90+8-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Albasete” 9 turdan sonra 9 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
