İsrafilovlu “Albasete” yenə məğlub oldu
27.09.2020 , 15:43

İspaniya 2-ci liqasında 3-cü turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Fuenlabrada” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
“Albasete” 3 turdan sonra xal qazanmayıb.
