Futbol

İsrafilovlu “Albasete” yenə məğlub oldu

04.05.2021 , 18:59

İspaniya II Liqasında XXXVII turun oyunları keçirilib.

Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” doğma meydanda “Alkorkon”a uduzub – 0:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 68-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Albasete” 37 oyuna topladığı 33 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı