İsrafilovlu “Albasete” məğlub oldu
27.01.2020 , 16:50

İspaniya 2-ci liqasında 25-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Deportivo”ya uduzub – 0:1.
İsrafilov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
“Albasete” hazırda 28 xalla 16-cı pillədə qərarlaşıb.
