İsrafilovlu “Albasete” İspaniya kubokunda mübarizəni dayandırdı
12.01.2020 , 11:07

İspaniya kubokunda ikinci mərhələnin oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “İbiza” ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub.
“İbiza-Eivissa” penaltilərdə 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Eddi də bu görüşün iştirakçısı olub və 58-ci dəqiqədə əvəzlənib.
