İsrafilovlu “Albasete” bu dəfə qələbə qazandı
19.04.2021 , 16:52
İspaniya II Liqasında XXXV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Mirandes”ə qalib gəlib – 1:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
“Albasete” 35 oyuna topladığı 32 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
