İspaniya Sequndasında 40-cı turun oyunları keçirilib.
Millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 4:0.
Eddi qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Alkorkon” geridə qalan turlarda 48 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
