Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun şərəfini qoruduğu “Eybar” yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, basklılar digər İspaniya təmsilçisi “Real Valyadolid”lə qarşılaşıb.
Görüş Eybar təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədə səbəbindən əvvəlki yoxlama oyunlarında meydana çıxmayan İsrafilov bu dəfə də kənarda qalıb.
