İsrafilov üçün 90 dəqiqə
17.02.2020 , 16:14

İspaniya 2-ci liqasında 28-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Mirandes”lə heç-heçə edib – 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” hazırda 30 xalla 18-ci pillədə qərarlaşıb.
