İsrafilov üçün 90 dəqiqə və 1 xal
08.03.2020 , 12:30

İspaniya 2-ci liqasında 31-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Jirona” ilə heç-heçə edib – 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” hazırda 35 xalla 18-ci pillədə qərarlaşıb.
