İsrafilov üçün 90 dəqiqə və 1 xal
23.10.2020 , 16:44

İspaniya II Liqasında VII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Malyorka” ilə heç-heçə edib – 0:0.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Albasete” 5 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.
