İsrafilov üçün 4 dəqiqə və 1 xal
02.03.2020 , 16:07

İspaniya 2-ci liqasında 30-cu turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin üzvû Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Rayo Valyekano” ilə heç-hecə edib – 1:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.
“Albasete” hazırda 34 xalla 18-ci pillədə qərarlaşıb.
