İsrafilov qovuldu, oyun dayandırıldı
16.12.2019 , 15:54

İspaniya II Liqasında XX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin Eddi İsrafilovun formasını geyindiyi “Albasete” səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Amma bu matç yarıda qalıb.
İlk hissənin sonlarında, hesab 0:0 olarkən “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulya yerli fanatlar tərəfindən təhqir olunub, faşist şüarları səsləndirilib. Bunu görən matçın baş hakimi oyunun təxirə salınmasına qərar verib.
İsrafilov da görüşün iştirakçısı olub. Matç dayandırılmazdan öncə – 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan milli üzvü meydandan qovulub.
“Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
