Futbol üzrə İspaniya Birinci Divizionunda (Sequnda) 29-cu turun oyunları keçirilib.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandası “Ximnastik” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Kordoba” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Zədəli olan Eddi bu görüşün iştirakçısı olmayıb.
“Alkorkon” geridə qalan turlarda 34 xal toplayıb və hazırda 22 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
