İsrafilov oynadı, komandası qələbə qazandı
19.12.2019 , 17:18

İspaniya kubokunda ilk təsnifat mərhələsinin oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Tudelano” ilə qarşılaşıb.
Eddinin komandası bu oyundan qələbə (1:0) ilə ayrılıb və növbəti mərhələyə adlayıb.
İsrafilov bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
